Yeşilçam və türk kinosunun unudulmaz aktyorlarından olan Kemal Sunalın 1984-cü il model “Mercedes”inin hazırkı sahibi Ahmet Yılmaz avtomobili satışa çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yılmaz avtomobili sadəcə pulu verənə deyil, həm də özü kimi Kamal Sunalın xatirəsinə hörmət edənə verəcəyini deyib.
Giresunda yaşayan Ahmet Yılmaz Kemal Sunalın “Keriz”, “Sevimli Hırsız”, “Gari” kimi bir çox filmində çəkilən 1984-cü il model Mercedes-i 2007-ci ildə aldığını bildirib:
“Bu maşını İstanbulda yaşayan bir dostum vasitəsilə 2007-ci ildə almışdım. Alanda maşının Kamal Sunala məxsus olduğunu bilmirdim. Bunu biləndə çox sevindim və o gündən etibarən avtomobilə gözüm kimi baxdım. O vaxtlar çox adam almaq istəyirdi amma satmadım. Mərhumun xatirəsini qoruyub onun maşınını sürməyin xoş hisslərini yaşadım. Amma indi satmaq qərarına gəldim. Avtomobili sadəcə pulu verənə deyil həm də mənim kimi Kamal Sunalın xatirəsinə hörmət edənə verəcəm”.
Əfsanə
Manşet.az