Əfqanıstanda saxlanılan 4 Britaniya vətəndaşı sərbəst buraxılıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi Əfqanıstanda saxlanılan 4 Britaniya vətəndaşının azad edilməsini alqışlayıb.
Nazirlikdən verilən açıqlamada "Əfqanıstan qanunlarını pozduqları" səbəbi ilə saxlanılan 4 Böyük Britaniya vətəndaşının azad edilməsinin ölkədəki mövcud rəhbərlik tərəfindən müsbət qarşılandığı və təqdir edildiyi vurğulanıb.
"Britaniya vətəndaşlarının ailələri adından Əfqanıstandakı mövcud administrasiyadan ölkə qanunlarını pozduğuna görə üzr istəyirik", deyib.
Bəyanatda bütün Britaniya vətəndaşlarının xaricdə Böyük Britaniyanın müvafiq antiterror qanunvericiliyinə əməl etməli və səfər etdikləri ölkənin bütün qanunlarına əməl etməli olduqları xatırladılıb və Britaniya hökumətinin bu hadisədən təəssüfləndiyi vurğulanıb.
Açıqlamada Britaniya vətəndaşlarının nədə ittiham olunduğu barədə məlumat paylaşılmayıb.
Jalə
Manşet.az