"Həm Ukraynanın, həm də Moldovanın Aİ-yə üzv olacağına şübhəm yoxdur" - Zelenski

18:40 - 10 Oktyabr 2023

\"Həm Ukraynanın, həm də Moldovanın Aİ-yə üzv olacağına şübhəm yoxdur\" - Zelenski

Zelenski  Rumıniyanın paytaxtı Buxarestdə rəsmi səfərdə olub.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenskini Buxarestdə prezident Klaus Verner İohannis tərəfindən rəsmi mərasimlə qarşılayıb.

Daha sonra tərəflər təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçiriblər.

Görüşlər zamanı müdafiə sahəsində əməkdaşlıq, Qara dəniz təhlükəsizliyi və iqtisadi əməkdaşlıq, o cümlədən hər iki ölkədə infrastrukturun inkişafı və məşğulluğun yaradılması müzakirə edilib.

Zelenski danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında danışıb.

O,  mətbuat konfransında  "Həm Ukraynanın, həm də Moldovanın Aİ üzvü olacağına şübhəm yoxdur. Rumıniyanın Avropaya inteqrasiya yolunda dövlətlərimizi dəstəkləməsi vacibdir. Ukrayna bu il Aİ-yə üzvlük danışıqlarına başlamağa hazır olacaq" bildirib.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az