HƏMAS ABŞ silahlarını haradan alıb?

15:02 - 11 Oktyabr 2023

HƏMAS ABŞ silahlarını haradan alıb?

Həmas yaraqlıları Amerika istehsalı olan “M4” avtomatları ilə İsrail ərazisinə edilən qanlı hücumlardan sonra şənlik keçirməsi bəzi ekspert və siyasətçilərin diqqətini çəkib.  

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp Jr Həmas yaraqlılarının əlində görülən Amerika istehsalı silahların Vaşinqtonun 2021-ci ildə Əfqanıstandan tələsik çıxarılması zamanı tərk etdiyi 70 min avtomat pulemyot arasında olub-olmadığını sual edib.

ABŞ Konqresinin aparıcı üzvlərindən olan respublikaçı Marjorie Taylor Grin də İsraildə davam edən münaqişələrdə Həmas tərəfindən istifadə edilən ABŞ istehsalı silahların mənbəyinin araşdırılmasına çağırıb.

Kiçik Trampla oxşar iddiaları gündəmə gətirən konqresmen Qrin iddia edib ki, bu, ABŞ-ın geri çəkilərkən böyük arsenal buraxdığı Əfqanıstandan və ya Rusiya işğalından müdafiə üçün silah göndərdiyi Ukraynadan gələ bilər.  

Bəzi ekspertlər silahların “qara bazar” vasitəsilə HƏMAS-ın əlinə keçə biləcəyini qeyd edib. Lakin onların mənbəyini tapmaq üçün bu silahların seriya nömrələrinin izlənilməli olduğu vurğulanıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az