Fələstin təcili “beynəlxalq fəaliyyət” çağırışı etdi

16:24 - 11 Oktyabr 2023

Fələstin təcili “beynəlxalq fəaliyyət” çağırışı etdi

Fələstin Xarici İşlər Nazirliyi işğal altındakı Qəzzada insanların əsas ehtiyaclarını ödəmək və müharibəni dərhal dayandırmaq üçün təcili “beynəlxalq fəaliyyətə” çağırışı edib.  

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, çağırışda nazirlik müharibəni dərhal dayandırmaq və Qəzza zolağında xalqın əsas ehtiyaclarını təcili şəkildə təşkil olunması üçün beynəlxalq fəaliyyəti tədbir görməyə çağırıb:

“Nazirlik bu sərsəm müharibəni dərhal dayandırmaq və Qəzza zolağında xalqımızın əsas ehtiyaclarını təcili şəkildə ödəmək üçün təcili beynəlxalq fəaliyyətlərə çağırışını təkrarlayır. Nazirlik həmçinin işğal altında yaşayan Fələstin xalqı üçün beynəlxalq müdafiə sisteminin aktivləşdirilməsi tələbini bir daha bəyan edir”.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az