ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhərində dünyada günəş enerjisi ilə işləyən yeganə dönmə çarxında kabus dolu saatlar yaşanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 40 metrlik dönmə çarxına çıxan şəxs bel çantasında bomba olduğunu iddia edib.
Xəbəri yerli vaxtla 14.35-də alan polis dərhal hadisə yerinə gedib.
Əvvəlcə ərazidə olanlar təxliyə edilib. Daha sonra dönmə çarxının altındakı kupelərdə olan insanlar platforma kranı ilə təxliyə edilib. Lakin zirvədə qalan insanları təxliyə etmək mümkün olmayıb. Polis həmin şəxslə sövdələşmə apararaq saat 16.30-da onun çarxdan düşməsinə nail olub. Şübhəli saxlanılarkən çantasının boş olduğu aşkarlanıb.
Əfsanə
Manşet.az