Qərb İsrailə bəraət qazandırmaq üçün hərəkətə keçdi - İlon Maskdan cavab gecikmədi  

15:09 - 12 Oktyabr 2023

Qərb İsrailə bəraət qazandırmaq üçün hərəkətə keçdi - İlon Maskdan cavab gecikmədi  

İsrail və Fələstin arasında münaqişə böyüdükcə ABŞ və Avropa İsrailə bəraət qazandırmaq üçün hərəkətə keçərək əvvəllər adı Twitter olan X və Meta sosial şəbəkə platformalarına Fələstin tərəfdarı məzmunlu paylaşımların silinməsi üçün 24 saat vaxt vermişdi.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna qarşılıq olaraq X platformasının sahibi İlon Mask AB-nin ikiüzlü anti-Fələstin rəftarı ilə lağ edib.

İlon Mask ona 24 saat vaxt verən AB komissarı Thierry Bretona cavabı gecikməyib.

Mask “Bəhs etdiyiniz məzmun nədir, əvvəlcə onu göstərin” deyib.

Breton, həmçinin, məktubunda “Meta” şirkətinin rəhbəri Mark Zukerberqə “Sizdən çox diqqətli olmanızı xahiş edirəm” – ifadəsini işlədib.   

Rəqəmsal Xidmətlər Aktı (DSA) çox böyük onlayn platformaları qanunsuz onlayn məzmunu platformalarından silməyə məcbur edir.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az