Məşhur sənətçinin nikahdankənar 35 yaşlı qızı ortaya çıxdı

16:28 - 12 Oktyabr 2023

Məşhur sənətçinin nikahdankənar 35 yaşlı qızı ortaya çıxdı

Türkiyəli ustad sənətçi Metin Akpınarın nikahdankənar doğulan Duyğu Nebioğlu adlı qızı olduğu məlum olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, məxfilik qərarı olan və bu gün yekunlaşan işdə DNT testləri ilə Nebioğlunun Akpınarın qızı olduğu təsdiqlənib.

62 ildir Göksel Özdoğdu ilə evli olan və övladı olmayan Metin Akpınarın qızı Duyğu Nebioğlu qərardan sonra İnstaqram hesabından ağlayaraq açıqlama verib:

"1,5 aya yaxındır heç yatmıram. Davanın son mərhələsini gözləyirdim. Bu xəbəri həzm etməliyəm” deyib. Nebioğlu İnstagram hesabında paylaşdığı paylaşımda soyadını dəyişməyəcəyini bildirib.

Anası tərəfindən bir kəndə buraxılan, daha sonra dövlət himayəsinə götürülən və sonra övladlığa verilən Mətin Akpınarın qızı Duyğu Nebioğlu müsahibəsində bunları söyləyib:

“1994-cü ildə Nebioğlu ailəsi tərəfindən övladlığa götürüldüm. ailəm tərəfindən cəmiyyətə inteqrasiya olunmağım üçün başlayan macəramın sonunda bioloji ailəmi və soyumu araşdırmaq marağımı artırdı. Bu fikir məni Türkiyə cəmiyyətinin simasına çevrilmiş cənab Metin Akpınarın yanına apardı. 21 yaşlı universitet tələbəsi ikən faktlar qarşısında böyük bir sürpriz ilə qarşılaşdım. Çox təəssüf ki, heyran olduğum sənətçinin bioloji atam olması xoşbəxtliyini yaşaya bilmədim. Aldığım yetərsiz sevgi səbəbi ilə məni bağrına basmaqda çətinlik çəkdiyi üçün ağır travmalar yaşadım, ona görə də hörmətli vəkillərimə müraciət etdim."

Metin Akpınar'ın 35 yaşında evlilik dışı bir kızı olduğu ortaya çıktı

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az