İsraildə informasiya naziri Qalit Distel Atbaryan nazirliyin vəzifələrinin məhdud olduğunu və pulların boş yerə xərclənməməsi lazım olduğunu bildirərək tutduğu vəzifədən istefa verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazir Distel istefasını X sosial media hesabından açıqlayıb.
Distel bildirib ki, nazirliyin büdcəsi müharibə üçün istifadə edilməlidir.
O, nazirliyin səlahiyyətlərini yerinə yetirən başqa nazirliklərin olduğunu və buna görə də nazirliyin boş yerə büdcədən pay aldığını qeyd edib.


Əfsanə
Manşet.az