“Uşaqlarımızı kəsənləri kəsməyəkmi?" - İsrailli professor

11:55 - 13 Oktyabr 2023

“Uşaqlarımızı kəsənləri kəsməyəkmi?\" - İsrailli professor

İsrail ilə Fələstin arasında baş verən qarşıdurma ilə bağlı Türkiyədə Sözcü TV-nin canlı yayımına qoşulan Tel-Əviv Universitetinin professoru Koen Yanarocak qalmaqallı açıqlamalar verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin atdığı addımları dəstəkləyən Yanarocak "Uşağımızı kəsəni kəsməyəkmi?" söylədikdən sonra canlı yayımdan çıxarılıb.

Cohen Yanarocak canlı yayımda "Bizə raket atanlara gül ataq? Uşaqlarımızı kəsənləri kəsməyəkmi?" deyib.

Yanarocağın sözlərinə sosial mediada izləyiciləri sərt reaksiya verib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az