Rusiyadan Finlandiyaya cavab: “Cavabsız qalmayacaq”

13:22 - 13 Oktyabr 2023

Rusiyadan Finlandiyaya cavab: “Cavabsız qalmayacaq”

Rusiya Finlandiya hökumətinin rus vətəndaşlarına məxsus daşınmaz əmlakın “asanlaşdırılmış” müsadirə mexanizmini həyata keçirməsi ilə bağlı bəyanatını dəyərləndirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yazılı açıqlamasında məlumat verib.

Zaxarova bunu Helsinkinin Rusiya vətəndaşlarının hüquqlarını bir daha pozmaq niyyəti kimi qəbul edib:

Zaxarovanın açıqlamasında “Qəbul edilməsi planlaşdırılan bu qərar, mövcud Finlandiya administrasiyasının həyata keçirdiyi siyasətin rusofob mahiyyət daşıdığının yeni sübutudur. Azadlıq, demokratiya və mülkiyyət toxunulmazlığı dəyərlərinə sadəcə sözdə sadiq qalan sivil Finlandiya dövlətinin bu cür hərəkətlərini cavabsız qoymayacağıq. Məsələ tam absurdluğa doğru gedir. Əvvəlcə finlər yeni sanksiyalar icad edirlər, sonra rusların Finlandiyaya pul köçürə bilməyəcəyinə və ya daşınmaz əmlaklarına lazımi texniki qulluq göstərmək üçün ölkəyə gələ bilməmələrinə təəccüblənirlər”, - deyə bildirilib. 

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az