Ronaldo 99 dəfə qamçılana bilər – Bu səbəbdən

15:38 - 13 Oktyabr 2023

Ronaldo 99 dəfə qamçılana bilər – Bu səbəbdən

"Əl Nassr"da çıxış edən Kriştiano Ronaldo İrana səfəri portretini çəkən iranlı rəssam Fatimeh Hamamini qucaqladığı üçün Kriştiano Ronaldo 99 şallaq cəzası ilə mühakimə olunur.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Asiya Çempionlar Liqasında "Persepolis"lə oyun üçün Tehrana yollanan Ronaldo görüşdə 2:0 hesabı ilə qalib gəlib.

Oyundan sonra iranlı rəssam Hamami çəkdiyi portretləri Ronaldoya hədiyyə edib. Ronaldo Hamamiyə imzalı formasını hədiyyə edib və onu qucaqlayıb.

Bir çox iranlı hüquqşünas Ronaldonun qucaqlaşmasına görə onu şikayət edib. Çünki İran qanunlarında subay qadına toxunmağın cəzasının zina ilə bərabər olduğu və 99 şallaq zərbəsi tələb olunduğu qeyd olunub.

Qeyd olunur ki, Kriştianu Ronaldo peşman olduğunu və bir daha bunu etməyəcəyini bildirsə, 99 şallaq cəzası bağışlanacaq.

Dünya futbolunun konuştuğu ceza! Ronaldo, 99 kez kırbaçlanabilir

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az