Əfqanıstanda məscidə hücum: Ölən və yaralananlar var

18:09 - 13 Oktyabr 2023

Əfqanıstanda məscidə hücum: Ölən və yaralananlar var

Əfqanıstanın şimalındakı Baqlan əyalətinin Pol-e-Xomri şəhərinin  "İmam Zaman"  məscidində cümə namazı zamanı bombalı hücum həyata keçirilib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Bağlan İnformasiya və Mədəniyyət Departamentinin direktoru Mustafa Haşimi məlumat yayıb.

Məlumatda bildirilib ki,  bombalı hücum zamanı ölən və yaralananlar olub.

Haşimi ölən və yaralananların dəqiq sayını açıqlamasa da, təfərrüatların ilk qiymətləndirmələrdən sonra paylaşılacağını bildirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az