Mağazada insident oldu - 3 nəfər bıçaqlandı

18:22 - 14 Oktyabr 2023

Mağazada insident oldu - 3 nəfər bıçaqlandı

Fransanın Marsel şəhərinin şimal-şərqində yerləşən mağazaların birində naməlum şəxs bıçaqla müştərilərə hücum edib.

 

Manset.az xəbər verir ki, bu barədə "La Provence" qəzeti məlumat yayıb.

Hücum nəticəsində azı üç nəfər yaralanıb.

İlkin məlumata görə, həmin şəxs satıcılardan biri ilə mübahisə edib, satıcı və digər iki alıcı onu sakitləşdirməyə çalışarkən bir neçə bıçaq zərbəsi endirib.

Hücum edən şəxs hadisə yerini tərk edib və polis axtarışa başlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az