Blinken bu ölkənin XİN rəhbəri ilə Qəzza zolağındakı vəziyyəti müzakirə etdi 

18:47 - 14 Oktyabr 2023

Blinken bu ölkənin XİN rəhbəri ilə Qəzza zolağındakı vəziyyəti müzakirə etdi 

ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Krallığın xarici işlər naziri şahzadə Faysal bin Fərhan Al Səud ilə danışıqlar aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Al Ekhbariya" televiziya kanalı xəbər verib.

ABŞ dövlət katibi və Səudiyyə Ərəbistanı xarici işlər naziri “Fələstin ərazilərində gərginliyin azaldılması yollarını” və Qəzza zolağında yaralılara tibbi yardım göstərmək üçün humanitar dəhlizlərin açılması imkanlarını müzakirə ediblər.

Bundan əlavə, tərəflər anklav sakinlərinin ərzaq və ilkin tələbat malları ilə təmin edilməsi probleminə toxunublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az