İsrail ordusu Qəzza zolağında Fələstinin "HƏMAS" terror təşkilatının hədəflərinə irimiqyaslı zərbələr endirməyə başlayıb.
Manset.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti bildirib.
"İsrail ordusu hazırda Qəzza zolağında "HƏMAS" terror təşkilatının hədəflərinə irimiqyaslı zərbələr endirir", - deyə qeyd olunub.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.