Gürcüstanda 43 mindən artıq şəxs başqa ölkə vətəndaşlığı alıb  

23:48 - 14 Oktyabr 2023

Gürcüstanda 43 mindən artıq şəxs başqa ölkə vətəndaşlığı alıb  

 

Son 10 ildə 43,5 minə yaxın şəxs Gürcüstan vətəndaşlığını itirib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin dövlət xidmətləri agentliyi məlumat verib. Bildirilib ki, onların hamısı başqa ölkənin vətəndaşlığını alıb. Onların 57,8%-i Rusiya vətəndaşlığını qəbul edib.

2023-cü ilin yanvar-oktyabr aylarında təxminən 3 min nəfər Gürcüstan vətəndaşlığını itirib ki, onlardan 2100 nəfəri məhz Rusiya vətəndaşlığını əldə edib.

Qeyd edək ki, Gürcüstan vətəndaşı xarici dövlətin pasportunu alarkən Gürcüstan pasportunun saxlanması üçün ölkənin dövlət orqanları ilə əlaqə saxlamağa borcludur. Əks halda o, avtomatik olaraq Gürcüstan vətəndaşlığından məhrum ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az