İsrail hökumətinin həftəlik iclası Qəzza zolağı ətrafında gərginliyin artması fonunda ölkədə fövqəladə nazirlər kabineti formalaşdıqdan sonra ilk dəfə yeni tərkibdə keçirilib.
Manset.az İsrail hökumətinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Baş nazir Benyamin Netanyahu ölkəsinin HƏMAS-ı məğlub edəcəyinə əmin olduğunu bildirib.
"HƏMAS düşünürdü ki, biz dağılacağıq. Biz HƏMAS-ı məhv edəcəyik", - hökumət başçısı bildirib.