İsrailin xarici işlər naziri Eli Koen Vatikana çağırış edərək həmkarı Paul Gallagherdən Həmas Hərəkatını birmənalı şəkildə pisləməyi xahiş edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada Koen "Vatikan İsrail vətəndaşlarına qarşı törədilən qanlı terroru açıq və birmənalı şəkildə pisləməlidir" deyib.
Koen burada əsassız müqayisəyə yer olmadığını və HƏMAS-ın DEAŞ-dan daha betər, günahsız vətəndaşlara zərər vuran bir terror təşkilatı olduğunu iddia edib.
Qeyd edək ki, Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk oktyabrın 15-də verdiyi bəyanatda “Humanitar qanunlara hörmət edilməlidir, xüsusən də Qəzzada humanitar dəhlizlərə zəmanət vermək və bütün insanlara yardım göstərmək təcili və zəruridir”, - deyə vurğulayıb.
Əfsanə
Manşet.az