Gəlinə 7 kiloqram qızıl taxıldı - 5 MİLYON PUL YIĞILDI (VİDEO)

11:53 - 16 Oktyabr 2023

Gəlinə 7 kiloqram qızıl taxıldı - 5 MİLYON PUL YIĞILDI (VİDEO)

Türkiyənin Şanlıurfa şəhərində səs-küyə səbəb olacaq daha bir təmtəraqlı toy baş tutub.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Şanlıurfalı iş adamı Bilal İzolun oğlu Muhammed İzol ilə iqtisadçı Elif Eyidoğanın toyu keçirilib.

Yüzlərlə insanın dəvət edildiyi toyda gəlinə 7 kiloqram qızıl taxılıb, gəlinlə bəyin üzərindən isə ümumilikdə 5 milyon lirə (305 min 500 AZN) pul yığılıb.

Toyda yerə səpilən pulları yığmaq üçün xüsusi adamlar tutulub.

Gəlinə taxılan 7 kiloqram qızıl içərisində bahalı qolbağlar, tac, kəmər, boyunbağı kimi zinət əşyaları yer alıb.

 Elif Eyidoğan qızılların ağırlığına görə toyda yeriməkdə çətinlik çəkib. 

Sözügedən toydan video və fotolar təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az