Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə Qətərin baş naziri və eyni zamanda xarici işlər naziri olan Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani arasında telefon danışığı olub.
Manset.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin “X” sosial media hesabına məlumat verilib.
Telefon danışığı zamanı iki nazir İsrail və Fələstində baş verən son hadisələri müzakirə edib və İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının 11 noyabr Ər-Riyadda keçirilən Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilən qərarların davam etdirilməsi üçün görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.
Jalə
Manşet.az