Misir Rəfah qapısının bağlı olması iddialarını rədd etdi

17:53 - 14 Noyabr 2023

Misir Rəfah qapısının bağlı olması iddialarını rədd etdi

Misir Rəfah sərhəd qapısının bağlı saxlandığına dair iddiaları təkzib edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Misirin xarici işlər nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd mətbuata açıqlamasında xəbər verib.

Əbu Zeyd bildirib ki, Rəfah sərhəd qapısı müharibənin əvvəlindən bəri heç vaxt bağlanmayıb. Həmçinin, qadağanedici şərtlərlə və əsassız bəhanələrlə Qəzza zolağına yardımın daxil olmasına mane olan tərəfin İsrail olduğunu deyən Əbu Zeyd, sərhədin bağlı qalmasına görə Misiri qınayanları tənqid edib.

Əbu Zeydin sözlərinə görə, sərhədin bağlı olduğunu iddia edənlər, bölgəyə səfər edən Birləşmiş Millətlər Təşkilatı rəsmilərinin açıqlamalarına baxsınlar və beynəlxalq rəsmilərin bəyanatlarında Misir tərəfinin humanitar yardımın Qəzza tərəfinə davamlı şəkildə daxil olması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini bildirir.

Əfsanə

Manşet.az


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az