Efiopiya barter sisteminə qayıtdı

18:50 - 14 Noyabr 2023

Efiopiya barter sisteminə qayıtdı

Efiopiyanın baş naziri Abiy Əhməd ölkəsinin Qırmızı dənizə çıxışla bağlı müzakirələrini yeni ölçüyə götürdü və qonşularına Hedasi Barajı və Efiopiya Hava Yollarından pay təklif edib.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiya Baş Naziri Əhməd, parlamentdəki çıxışında Qırmızı dənizə çıxışla bağlı  sui-qəsd nəzəriyyələrinin uydurulduğunu, ölkəsinin ümumi mənfəət əsasında dənizə çıxmaq istədiyini və təcavüzkar istifadə etməyəcəyini deyib.  30 il əvvəl 47 milyonluq əhalisi və iki limanı olduğunu xatırladan Əhməd, bu gün sərhədləri xaricində o limanlardan yalnız ticarət müqavilələri ilə faydalanacaq vəziyyətə gəldiklərini bildirib.

Əhməd, "Efiopiyanın Cibuti Limanına çıxışı məhdudlaşdırılarsa, yanacaq, gübrə və digər həyati əhəmiyyətli məhsullara çıxış çətinləşəcək. Bu, ölkədəki bütün iqtisadi fəaliyyətlərə mənfi təsir göstərəcək. Ona görə də alternativlər axtarırıq" deyib.

Dənizə çıxış imkanının olmamasının kifayət qədər iqtisadiyyatın qurulmasına maneə olduğunu və bu səbəbdən mühacirət etdiklərini ifadə edən Əhməd, qonşularına Afrikanın ən böyük hava yolu şirkətlərindən biri olan Ethiopian Airlines ilə bir liman və ya ortaqlıq qarşılığında Hedasi bəndini təklif edib.

Jalə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az