“Humanitar fasilədən sonra Qəzzaya hücumlar davam edəcək” - İsrail

15:11 - 23 Noyabr 2023

“Humanitar fasilədən sonra Qəzzaya hücumlar davam edəcək” - İsrail

İsrail Baş Qərargah rəisi Herzi Halevi Qəzza zolağına hücumlarının sabah başlaması gözlənilən humanitar fasilədən sonra da davam edəcəyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Halevi işğal altındakı Qəzzanın şimalında bəzi İsrail komandirləri ilə görüşüb.

Halevi Qəzzaya edilən hücumlara toxunaraq, “Müharibəyə son qoymuruq. Biz davam edəcəyik, irəliləyəcəyik və “qələbə” əldə edənə qədər HƏMAS-ın digər hissələrinə də davam edəcəyik” deyib.

İsrail prezidenti Benyamin Netanyahu da dünən verdiyi açıqlamada humanitar fasilədən sonra Qəzzaya hücumların davam edəcəyini bildirib.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az