Batut gimnastikası: Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü 3-cü yerə çıxdı

15:50 - 22 Fevral 2026

Batut gimnastikası: Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü 3-cü yerə çıxdı

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda Azərbaycan yığması növbəti medalını qazanıb.


Manset.az xəbər verir ki, batut gimnastikası üzrə sinxron kişilər proqramında Maqsud Mahsudov - Hüseyn Abbasov cütlüyü üçüncü yerə çıxıb.

Aktivinə 51.470 xal yazdıran cütlük bürünc medala layiq görülüb. 54.660 xal toplayan İvan Litvinoviç-Andrey Builoi cütlüyü qızıl, 52.350 xal toplayan ABŞ yığması isə gümüş medal qazanıb.

Qeyd edək ki, daha əvvəl batut gimnastikası üzrə fərdi proqramda çıxış edən gimnastımız Selcan Mahsudova gümüş, tamblinq gimnastikası üzrə isə Mixail Malkin qızıl, Tofiq Əliyev isə gümüş, sinxron qadınlar proqramında Selcan Mahsudova - Şəfiqə Hümbətova cütlüyü isə birinci medal qazanıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az