ABŞ-a məxsus hərbi təyyarə Yaponiyanın Yakusima adası yaxınlığında okeana düşüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Yaponiya Sahil Mühafizəsi təyyarənin içərisində 8 nəfərin olduğunu açıqlayıb.
Qəza yerli vaxtla saat 14:47 radələrində baş verib.
ABŞ-dan hələlik heç bir açıqlama verilməyib.
Əfsanə
Manşet.az