Rusiyada hərbi poliqonda partlayış oldu - 1 nəfər öldü, 2 nəfər yaralandı

17:40 - 07 Dekabr 2023

Rusiyada hərbi poliqonda partlayış oldu - 1 nəfər öldü, 2 nəfər yaralandı

Rusiyada hərbi poliqonda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Ryazan Regional İstintaq İdarəsi məlumat yayıb.

Məlumata əsasən, Rusiyanın Ryazan vilayətinin Dubroviçi kəndindəki poliqonda baş verən partlayış nəticəsində Rusiya Qvardiyasının əməkdaşı ölüb və iki nəfər yaralanıb.

Odlu silah təlimi zamanı partlayıcı qurğu qəfildən şəkildə işə düşüb. Hazırda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv