Almaniya gələn il Ukraynaya hərbi yardımı ikiqat artıracaq

07:00 - 12 Dekabr 2023

Almaniya gələn il Ukraynaya hərbi yardımı ikiqat artıracaq

Almaniya 2024-cü ildə Ukraynaya hərbi yardımı ikiqat artıracaq.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bu barədə "RBC-Ukraina" Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Anna Lyurmanna istinadən məlumat yayıb.

"Almaniya gələn il Ukraynaya hərbi dəstəyi iki dəfə artıraraq 4 milyard avrodan 8 milyard avroya çatdıracaq", - o bildirib.

Nazir vurğulayıb ki, bu həftə Aİ və Ukrayna üçün üzvlük danışıqlarına başlamaq məsələsində həlledici həftədir.
O əlavə edib ki, Almaniyanın Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı mövqeyi aydındır. Onun sözlərinə görə, Aİ-nin 26 üzvü danışıqların başlanmasının tərəfdarıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az