Somali prezidenti Həsən Şeyx Mahmud oğlunun İstanbulda motosiklet kuryeri Yunus Emre Göçeri vuraraq öldürməsi ilə bağlı AP xəbər agentliyinə açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Somali prezidenti həkim olan 40 yaşlı oğlunun "Türkiyədən qaçmadığını" müdafiə edib.
Həsən Şeyx Mahmud bildirib ki, oğluna Türkiyəyə qayıdıb məhkəməyə təslim olmasını və Göçerin ailəsinə başsağlığı verərək “İtkinin acısını onlarla bölüşürük” deyib:
"Həbs qərarı yox idi. Qəza idi. Qaçmadı və bu məqsədlə vəkil də tutub. İşi olub və ölkədən çıxıb. Onun hələ ölkə ilə bağlantısı var və geri qayıdıb məhkəməyə təslim olması üçün onunla danışıram. Qərar ona məxsusdur, amma bu məsləhəti verirəm".
Qeyd edək ki, motosiklet kuryeri Yunus Emre Göçer dekabrın 6-da İstanbulda Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyh Mahmudun idarə etdiyi avtomobilin vurmasından 6 gün sonra xəstəxanada dünyasını dəyişib. Göçərin ölümündən sonra Mahmuda səyahət qadağası çıxarılsa da, Mahmud Türkiyəni tərk edib.
Əfsanə
Manşet.az