Məşhur futbolçuya böyük şok: “Uşaqlar səndən deyil”

17:56 - 14 Dekabr 2023

Məşhur futbolçuya böyük şok: “Uşaqlar səndən deyil”

Keçən il futbolçu karyerasını başa vuran keçmiş türkiyəli futbolçu Mövlud Erdinç həyat yoldaşından xəbər almadığını və 5 aydır uşaqlarını görə bilmədiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Erdinç həyat yoldaşının onu şantaj edərək pul istədiyini bildirib.

Erdinç açıqlamasında, "5 aydır həyat yoldaşımdan xəbər yoxdur. Harda olduqlarını bilmirəm, uşaqlarımı göstərmir. Həyat yoldaşımın ailəsi uşaqların məndən olmadığını söylədi. Həmişə şəhər xaricində olduğum üçün DNT testi istədim. Qəbul etmədilər, uşaqlarımı göstərmirlər. Necə bu qədər pis ola bilirsiz? Təəssüf ki, pul bütün ailələri məhv edir. Həyat yoldaşı ilə e-poçt vasitəsilə əlaqə saxladığını deyən Erdinç sosial media hesabındakı paylaşımında bunları qeyd edib: "Ona hesabına 1 milyon avro yatıracağımı dedim. Bundan sonra oğlum mənə şənbə video zəng vasitəsilə zəng etdi. Karyeramın əvvəlində mənimlə evlənən və karyeramı bitirdiyim günün sabahı məndən ayrılmaq üçün qərar verən, bu günə qədər çox sevdiyim həyat yoldaşım. Pul heç vaxt çox dəyər verdiyim bir şey olmayıb. Uşaqlarım və anaları yoxsulluğu heç vaxt görməyiblər və bundan sonra da görməyəcəklər. Çünki mənim dəyərlərim budur. Mən öz vəzifələrimi yerinə yetirməyə davam edəcəyəm. Mənim üçün pul önəmsizdir” deyib.

Mevlüt Erdinç, Eşinden Haber Alamadığını İddia Etti

 

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az