Xaçmazda maşın aşdı - ölən və yaralananlar var

17:45 - 17 İyun 2024

Xaçmazda maşın aşdı - ölən və yaralananlar var

Xaçmaz rayonunun Niyaz-oba kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 

Manset.az Apa-ya istinadən bildirir ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 3 nəfər ağır yaralanıb. Qəza zamanı 65 yaşlı rayon sakini Qabil Əhmədov həlak olub. Avtomobildə olan digər şəxslər - 67 yaşlı Əkrəm Əhmədov, 65 yaşlı Rahilə Əhmədova və 64 yaşlı Mafizə Əhmədova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onlara hazırda tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az