2 yaşlı uşağın həyatını belə xilas etdilər - Video

21:18 - 18 İyun 2024

2 yaşlı uşağın həyatını belə xilas etdilər - Video

Sumqayıtda səhhətində ciddi problem yaranan azyaşlı yol polisinin köməyi ilə təcili xəstəxanaya çatdırılıb.


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, övladının səhhətində problem yaranan şəxs yol polislərindən kömək istəyib.
Belə ki, şəhərin Koroğlu küçəsində xidmət aparan 99-YP-162 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilinə yaxınlaşan Ağdam rayon sakini İlham Əlizadə 2 yaşlı oğlu İmranın sudurğa keçirdiyini və təcili xəstəxanaya çatdırılmalı olduğunu bilidirib.
Polis avtomobili ilə qısa müddətdə Sumqayıt Şəhər Xəstəxanasına çatdırılan azyaşlının həyatı xilas edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az