Azərbaycanlı yeniyetmə Türkiyədə faciəvi şəkildə öldü

18:31 - 19 İyun 2024

Azərbaycanlı yeniyetmə Türkiyədə faciəvi şəkildə öldü

Türkiyədə azərbaycanlı yeniyetmə dənizdə boğulub.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qara dənizin ən təhlükəli sahillərindən olan Şilə rayonu ərazisində qeydə alınıb.

17 yaşlı Yusif Camalov dənizdə yoxa çıxandan sonra onun meyiti səhər saatlarında tapılıb.

Mərhumun atası Araz Camalov bildirib ki, oğlu ilə yanaşı xanımı da suda boğulurmuş:

"Həyat yoldaşımı qurtara bilsəm də, oğlumu qurtara bilmədim, gücüm çatmadı. Çimərlikdə heç bir xilasetmə, təhlükəsizlik qüvvələri yoxdur. Əgər belədirsə, bağlansın ora. Hər gün 3-4 nəfər boğulub ölür".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az