Bakıda gənc oğlan bıçaqlandı

22:22 - 20 Oktyabr 2024

Bakıda gənc oğlan bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.

 

Manset.az xəbər verir ki, hadisə Sabunçu rayonu 2 aprel küçəsində baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Şamil Nəbiyev küçədə dava zamanı bıçaqlanıb.

Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az