Ögey ana 8 uşağını qəfəsə bağladı - FOTO

23:00 - 13 Fevral 2026

Ögey ana 8 uşağını qəfəsə bağladı - FOTO

Amerika Birləşmiş Ştatlarının Texas ştatında övladlığa götürdüyü uşaqlara illər boyu sistemli işgəncə verən 53 yaşlı Susan Rae Helton dəhşətli faktlar üzə çıxdıqdan sonra məhkəmə qarşısına çıxarılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Texas ştatında övladlığa götürdüyü səkkiz uşaqdan ikisinə uzun illər sistemli işgəncə və ağır laqeyd münasibət göstərən Susan Rae Helton barəsində məhkəmə hökm çıxarıb. 

Şirniyyat yemək istədikləri və mətbəxdən ərzaq götürdükləri bəhanəsi ilə azyaşlıları körpələr üçün nəzərdə tutulmuş təhlükəsizlik qapılarından düzəltdiyi qəfəslərə salan qadın dörd ayrı maddə üzrə ümumilikdə 80 il müddətinə azadlıqdan məhrum edilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az