Sumqayıtda maşın vuran 70 yaşlı kişi ölüb
Manset.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında 9-cu mikrorayonda qeydə alınıb.
1954-cü il təvəllüdlü Elyaz Muxtar oğlu Məmmədov yolu keçmək istəyərkən avtomobil onu vurub.
Piyada xəstəxanaya yerləşdirilib, göstərilən tibbi yardımlara baxmayaraq ölüb.
Fakt araşdırılır.