Şəmkir sakini ehtiyatsızlıqdan güllə yarası aldı

19:29 - 14 Mart 2025

Şəmkir sakini ehtiyatsızlıqdan güllə yarası aldı

Şəmkir sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 55 yaşlı Elxan Mayılov ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hazırda vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv