Goranboyda qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Manset.az xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü N.Xudaverdiyeva tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə onun qayınanası, 1968-ci il təvəllüdlü G.Xudaverdiyeva şübhəli bilinir.
Atəşin ehtiyatsızlıqdan açıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.