Nəriman Axundzadənin ABŞ klubuna transferinin DETALLARI

22:43 - 10 Fevral 2026

Nəriman Axundzadənin ABŞ klubuna transferinin DETALLARI

ABŞ təmsilçisi "Kolumbus Kru" "Qarabağ"ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.


Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

Futbolçu P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.

Qeyd edək ki, Nəriman Axundzadə cari mövsüm "Qarabağ"ın heyətində Premyer Liqada 13 matçda meydana çıxıb və 3 qol vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az