Bəzi ərazilərdə su olmayacaq - Sakinlərin nəzərinə

20:14 - 10 Fevral 2026

Bəzi ərazilərdə su olmayacaq - Sakinlərin nəzərinə

Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, Naxçıvan şəhərinin 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərin müəyyən ünvanlarında içməli suyun verilməsində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.

Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi əvvəlki rejim üzrə bərpa olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az