İyunun 6-da gecə saatlarında Səbail rayonu ərazisində Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanı skuterlə vuran şəxs müəyyən edilib.
Manset.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini R.Abdullayev saxlanılıb.
Araşdırma aparılır.