İyunun 16-da, saat 14:30-da 1989-cu il təvəllüdlü qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Manset.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, üz nahiyəsinin 1-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti stabil olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
***
16:01
Gəncə sakini yanıq xəsarətləri alıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, şəhər sakini 1989-cu il təvəllüdlü G.Əsgərova üz nahiyəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, G.Əsgərova yaşadığı evin vanna otağında qazı (kalonkanı) yandıran zaman ehtiyatsızlıqdan partlayış olub. Nəticədə, o, yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.