Türkiyənin Sakarya vilayətinin sərnişin avtobusu arxadan yük maşınına çırpılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İstanbuldan Dənizliyə hərəkət edən 34 YK 4734 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 42 AON 570 nömrəli yük maşınının arxa hissəsinə çırpılıb.
Nəticədə 13 nəfər xəsarət alıb, onlardan 2-nin vəziyyəti ağırdır.
Hadisə yerinə təcili tibbi yardım, xilasetmə qrupları cəlb olunub.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar.