Bakı–Qazax magistral yolunun Hacıqabul rayonu ərazisində yol nəqliyyat hadisəsi zamanı "TIR" maşınının sürücüsü ölüb.
Manset.az-ın əldə etdiyi məlumata görə, aşan nəqliyyat vasitəsi xarici ölkə vətəndaşına məxsusdur.
Qəzanın ardından yolda təxminən 15 km-lik böyük tıxac yaranıb.
***
18:42
Bakı–Qazax magistral yolunun Hacıqabul rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, hərəkətdə olan “TIR” maşını aşıb.
Hadisə nəticəsində yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Yolda böyük tıxac yaranıb.