75 yaşlı kişini maşın vurub öldürdü

22:46 - 29 İyun 2025

75 yaşlı kişini maşın vurub öldürdü

Bu gün saat 17 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd sakini 75 yaşlı Fəxrəddin Beybudovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işinə başlanılıb, istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az