Əməliyyat zamanı saxlanılanların adları - FOTOLAR

18:47 - 30 İyun 2025

Əməliyyat zamanı saxlanılanların adları - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyi “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Bunlar İqor Kartavıx və Yevgeniya Belousovadır. Həmin şəxslərin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir.

Xatırladaq ki, Rusiyanın “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.

Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.

Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az