Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, qəza Məhəmmədi qəsəbəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı, 99-CS-107 dövlət nömrə nişanlı avtomobil ilə 90-MP-597 nömrəli "VAZ-2107" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.