1992-ci il təvəllüdlü hamilə qadın iyulun 7-də saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə Manset.az-a Tibbi Ərazi Bölmələri idarətetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, iyulun 8-də saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
***
19:18
Sabirabadda ana doğuş zamanı ölüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Yalavac kənd sakini, 1992-ci il təvəllüdlü Kərimova Şəbnəm Vaqif qızı Sabirabad doğum evində doğuş zamanı ölüb.
Yeni doğulan uşaq isə sağ qalıb.