Toydan qayıdan 4 nəfər ağır qəzaya düşdü

23:43 - 10 Sentyabr 2025

Toydan qayıdan 4 nəfər ağır qəzaya düşdü

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb. 

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1985-ci il təvəllüdlü İ.Süleymanov, 1978-ci il təvəllüdlü X.Ələkbərov, 1981-ci il təvəllüdlü N.Həsənov və 1976-cı il təvəllüdlü S.Səfərov xəsarət alıb. 

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. 

Qeyd edək ki, xəsarət alanlar toy məclisindən qayıdırmışlar.

Faktla bağlı araşdırma başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az