Qarşısına inək çıxan traktor aşdı - FOTO

21:29 - 06 Yanvar 2026

Qarşısına inək çıxan traktor aşdı - FOTO

Köhnə Bakı–Astara magistral yolunda traktor aşıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində, Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında qeydə alınıb.

Belə ki, pambıq daşıyan “Belarus” markalı traktorun qarşısına qəfildən inək çıxıb. Sürücü qəzadan yayınmağa çalışsa da, buna nail ola bilməyib və nəticədə traktor aşıb.

Qəza zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Sürücü xəsarət almayıb. Traktorla birlikdə aşan qoşqunun (lapetin) altında qalan heyvan isə ətrafdakı şəxslərin köməyi ilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az